Azərbaycanda növbəti həftə maqnit qasırğası proqnozlaşdırılır?

Azərbaycanda növbəti həftə maqnit qasırğası proqnozlaşdırılır?

Günəşin səthində ləkələrin sayı azalıb. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 57-dir.

Bu barədə BAKU.WS-ə Nəsrəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınıb. 27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.

Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş verib. Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).

Geomaqnit sahəsinin 3-5 və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =