Azərbaycanda süni brilliantın istehsalı planlaşdırılır
![Azərbaycanda süni brilliantın istehsalı planlaşdırılır](https://sizinyol.org/wp-content/uploads/2024/01/65b8b903cc56f65b8b903cc570170660480365b8b903cc56d65b8b903cc56e.jpg)
Laborator şəraitdə süni brilliantlar bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilliantların istifadəsi və tətbiqi sürətlə artır.
“APA-Economics”in xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memarondumu imzalanıb: “Müqavilənin şərtləri bizə uyğundur. Süni brilliantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilliantın xammalı təbii brilliantdan götürülür”.