Azərbaycanda zavodda PARTLAYIŞ: ölən var
Sumqayıtda zavodun işçisi faciəvi şəkildə ölüb.
Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 32 yaşlı Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Lent.az