Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, zəvvarlar bu gün günorta saatlarında Məkkəyə çatıblar:

“Zəvvarlar axşam dini ayinləri icra edəcəklər. Sonuncu zəvvar qrupunda 180 nəfər olub”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 7 =