Azərbaycandan İranın bu şirkətlərinə qadağa

Azərbaycandan İranın bu şirkətlərinə qadağa

İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirlər çərçivəsində İrandan idxal olunan “Hame Fan Harifan Khedmat Gostar”, “Shayan Sam Milad” və “Amin Tejarat Atlas Darya” şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizm – halqavari bakterial çürümə xəstəliyi (“Clavibacter michiganensis subsp. sepedonicus”) və kartofun qonur çürümə bakteriyası (“Ralstonia solanacearum”) aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + fourteen =