Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda “Dalğa Arena”da Xorvatiya ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu komandalar arasında növbəti oyun noyabrın 13-də keçiriləcək.
Report.az