Azərbaycanın tədiyyə balansında bu il 326 milyon dollarlıq qalıq yaranıb
![Azərbaycanın tədiyyə balansında bu il 326 milyon dollarlıq qalıq yaranıb](https://sizinyol.org/wp-content/uploads/2021/06/58e12d6d-e7d6-3ccc-b67f-eaee2407f700_850-1.jpg)
Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 325,9 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 1 343,5 milyon dollarlıq kəsir yaranmışdı.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 627,7 milyon dollarlıq qalıq (illik müqayisədə 2,9% az), kapital hesabındakı 0,6 milyon dollarlıq qalıq (1 il əvvəl olmayıb), maliyyə hesabındakı 14,4 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), balanslaşdırıcı maddələr üzrə 316,8 milyon dollarlıq kəsir (46,8% az) hesabına formalaşıb.
Apa