Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü
![Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü](https://sizinyol.org/wp-content/uploads/2024/04/samir_abasov_-1.jpg)
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib.
Proqram çərçivəsində “Barselona” Akademiyasının – “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.
Çalışdırıcı səfər çərçivəsində “Barselona”nın B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.