Azərbaycanlı şahmatçı dünya çempionu olub

Azərbaycanlı şahmatçı dünya çempionu olub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan idmançılar arasında blits üzrə dünya çempionu olub.

Azərtac-ın xəbərinə görə, o, 11 oyundan 9,5 xal toplayaraq qızıl medal qazanıb.

Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva blits üzrə turnirdə bürünc medalın sahibi olub.

Qeyd edək ki, iki gün əvvəl rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub. Beləliklə, Azərbaycanın iki şahmatçısı bu ümumdünya yarışda ümumilikdə üç medal əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =