Azad edilmiş yəmənli məhbusların üçüncü qrupu Sənaya gəlib-Video
Azad edilmiş yəmənli məhbusların üçüncü qrupu Yəmənin paytaxtı Sənaya daxil olub.
Yəmənin əl-Məsirə kanalının məlumatına görə, yəmənli əsirlərin mübadiləsinin üçüncü günündə Yəmənin Mərib vilayətinin cəbhəsindəki müharibə zamanı “İslah Partiyası” yaraqlıları tərəfindən oğurlanmış əsir və insanlardan 105-i azad edilib. Onlar Qızıl Aypara Cəmiyyətinin təyyarəsi ilə Sənaya daxil olublar.
Bu bazar günü səhər birinci növbədə Yəmən silahlı qüvvələrinin üzvləri olan 48 azad edilmiş yəmənli məhbus Məribdən Səna hava limanına daxil olub və Səna rəsmiləri və yəmənlilər tərəfindən qarşılanıb.
Qızıl Aypara Komitəsinin cədvəlinə əsasən, ikinci təyyarə Sənaya yerli vaxtla saat 13:00-da, üçüncü təyyarə isə saat 14:00-da çatmalıdır.
Əsir mübadiləsi əməliyyatının üçüncü və sonuncu mərhələsi bu gün səhər saatlarında (bazar günü) Səna və Mərib arasında başlayıb.
Dünən (şənbə günü) əsirlərin mübadiləsinin ikinci günündə 350 yəmənli məhbus Səudiyyə Ərəbistanı və Yəmənin “Əl-Məxa” vilayətindən beş təyyarə ilə Sənaya gəlib və bunun müqabilində Səna 15 Səudiyyə və Sudanlı məhbusu azad edib.
Bu əməliyyatın ilk günü, cümə günü Yəmən silahlı qüvvələrinin 250 əsiri Səna hava limanına daxil olub.
Tərəflər ötən ay İsveçrədə aparılan danışıqlarda 887 məhbusun azadlığa buraxılması və daha çox məhbusun azad edilməsini müzakirə etmək üçün may ayında yenidən görüşmək barədə razılığa gəliblər.