Bəhreynin İslami müqavimət hərəkatı Eylat limanına ilk dəfə hücum etdi

Bəhreynin İslami müqavimət hərəkatı Eylat limanına ilk dəfə hücum etdi

  Bəhreyn İslami Müqaviməti 2024-cü il aprelin 27-də işğal olunmuş ərazilərdəki Eylat limanında sionist Trucknet şirkətinin qərargahına pilotsuz təyyarə ilə hücuma görə məsuliyyəti rəsmən öz üzərinə götürüb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin xəbərinə görə, Bəhreynin İslami Müqaviməti (Əl-Əştər Briqadaları) bəyanat yayaraq, ötən həftə aprelin 27-də sionist rejimin “Trucknet” yerüstü nəqliyyat şirkətinin qərargahına pilotsuz təyyarə hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Sionist rejimin Yəmən ordusu tərəfindən blokadaya alınması və Sənanın beynəlxalq gəmilərin işğal olunmuş Fələstinin limanlarına hərəkətinə qadağa qoymasından sonra “Tracknet” quru nəqliyyat şirkəti İsrail ordusunun icazəsi ilə buradan daşımaların asanlaşdırılmasını öz üzərinə götürüb.

Bəhreynin İslami müqaviməti bu bölgəyə qarşı blokada aradan qaldırılana və fələstinlilərə qarşı müharibə dayanana qədər Fələstin müqavimətinə bütün sahələrdə dəstək məqsədilə hücumlarını davam etdirəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 15 =