Bəşər Əsədin arvadına leykoz diaqnozu qoyuldu
Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə kəskin mieloid leykozu diaqnozu qoyulub.
Bu barədə SANA agentliyi Bəşər Əsədin dəftərxanasına istinadla məlumat yayıb.
Bildirilib ki, bir neçə simptom ortaya çıxdıqdan sonra birinci xanım müayinə olunub və ona kəskin mieloid diaqnozu qoyulub.
Onun hazırda müalicə aldığı bildirilib.
Qeyd edək ki, 2018-ci ildə Əsma Əsəddə döş xərçəngi aşkar edilmişdi. 2019-cu ilin yanvarında birinci xanımın xərçəngə qalib gəldiyi elan olunmuşdu.