Bəşəriyyət üçün POTENSİAL TƏHLÜKƏ: “Əgər peyki vursanız…”

Bəşəriyyət üçün POTENSİAL TƏHLÜKƏ: “Əgər peyki vursanız…”

Publika.az xəbər verir ki, bunu ABŞ Aerokosmik Qüvvələrinin komandanı Şans Saltzman “Newsweek” jurnalına müsahibəsində bildirib .

Komandir bildirib ki, kosmik müharibə ənənəvi hava, quru və dəniz döyüş teatrlarından daha dağıdıcı olacaq və insanların həyatını əsrlər boyu dəyişə bilər.

“Hərbçilər gəmini batırdıqda və ya təyyarəni vuranda, o, döyüş bölgəsini tərk edir. Əgər peyki vursanız, o, yüz illərlə orbitdə qalır və bu dağıntılar böyük ehtimalla problem yarada bilər və yaradacaq”, – Saltzman deyib.

O izah edib ki, bu cür düşmənçilik nəticəsində bəşəriyyətin ümumbəşəri mülkiyyəti olan kosmos hələ uzun illər çirklənəcək:

“Bundan əlavə, kosmos müharibə zonasına çevrilərsə, kommersiya təşkilatları da orada olacaq”.

Saltzman hesab edir ki, belə bir nəticədən qaçmaq mümkün deyil.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − six =