Bağdad və Ərbil ABŞ diplomatlarını istəmir

Bağdad və Ərbil ABŞ diplomatlarını istəmir

ABŞ dövlət departamenti dünən axşam (22 oktyabr) Bağdad və Ərbil şəhərlərində olan diplomatlarını geri çağıracağından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ dövlət departamenti Bağdad və Ərbildə diplomatlarının bəzilərini ixtisara saldığı üçün geri çağırdığını elan etsə də departamentin rəsmi saytında İraqda insan qaçaqçılığı, silahlı qarşıdurma və ölkədəki daxili çaxnaşma səbəbinə vətəndaşlarını geri çağırması barədə xəbərdarlıq edib.

Məlumatda həmçinin deyilir ki, ABŞ ixtisara düşən diplomatlarına Bağdad hava limanından istifadə etməmələrini də deyib.

Xatırladaq ki, elə dünən Livan, Yəmən və İraq müqaviməti Qəzzə xalqına dəstək məqsədilə sionist rejim və Amerikaya ağır zərbələr endirdikdən sonra onlara vəziyyətin daha da pis olacağı barədə xəbərdarlıq edərək deyiblər ki: Artıq müqavimət işə başladı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 8 =