Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib. 

Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. 

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd ki, Rahib Salmanov 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

***

1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 11 =