Bakı Təl-Əviv və Ankara arasında potensial vasitəçidir

Bakı Təl-Əviv və Ankara arasında potensial vasitəçidir

İbrani dilində nəşr olunan “Globes” iqtisadi qəzeti Azərbaycanın Ankara ilə Təl-Əviv arasındakı gərginliyi azaltmaq üçün ən vacib namizəd kimi göründüyünü açıqlayıb.

Bu iqtisadi qəzetin yazarlarından biri Din Şmuel Elmas: “Bu gün Təl-Əvivin gözü Türkiyənin İsrailə ixracına qoyulan məhdudiyyətləri azaltmaq üçün Azərbaycandadır.

Həm Netanyahuya, həm də Ərdoğana yaxın bir prezidentin varlığının kölgəsində Azərbaycanın İsraillə Türkiyə arasında gərginliyin azaldılmasında mühim rol oynaması ehtimalı var.

Qəzza müharibəsi başlayandan İsraillə Türkiyə arasında münasibətlər böhran içində idi, lakin Rəcəb Tayyib Ərdoğanın İsrailə 54 növ məhsulun ixracını qadağan edən misilsiz qərarından sonra bu böhran son iki həftədə pik həddə çatıb.

Çünki bu qərar Fələstinli işçi qüvvəsinin olmaması səbəbindən İsraildə sənayenin çətin vəziyyətə düşdüyü bir vəziyyətdə İsraili dabanından vurdu. Əslində Ankara şüurlu şəkildə qadağan olunmuş malları, o cümlədən İsrailin Türkiyədən idxalının 29%-ni təşkil edən sementi seçib” bildirib.

Qəzetin müəllifi iki tərəf arasında münasibətlərin enişli-yoxuşlu tarixinə toxunduqdan sonra bu böhranın həllinin Bakıdan gələcəyinə inandığını bildirib və yazıb: “Sülh prosesinin, qeyd edilən iki dövlətin Bakının vasitəçiliyi ilə sülh yolu ilə getməsi heç də uzaq ehtimal deyil. Azərbaycan prezidenti İlham Əliyev dünyada həm İsrailin baş naziri Binyamin Netanyahuya, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan nadir şəxsiyyətlərdən biridir. İsrail Bakıdan neftin mühüm alıcısıdır. Azərbaycan nefti Bakı-Tbilisi neft kəməri ilə Türkiyənin bu sahil limanına çatır və oradan neft tankerlərinə yüklənərək Hayfaya göndərilir.

Məsələn, yanvarda Azərbaycandan ən çox neft idxal edən ölkə 523,5 min ton və 297 milyon dollar idxalla İsrail olub. Bu kontekstdə Türkiyənin ixrac marşrutunun bağlanması mümkün ssenarilərdən biridir, lakin həyata keçirilməməsinə üstünlük verilir.

Bu məsələ Türkiyə-İsrail münasibətlərindən deyil, Türkiyə-Azərbaycan münasibətlərindən irəli gəlir. Ankara-Bakı münasibətləri “Bir millət, iki dövlət” ideyasına əsaslanır. Ona görə də Ərdoğanın ən son istədiyi şey yaxın dostu Əliyevin maraqlarına xələl gətirməməkdir. Bu prizmadan baxanda Bakının Türkiyə-İsrail münasibətlərində diplomatik təsirinin nə qədər güclü olduğunu görmək olar. Azərbaycan Türkiyə ilə İsrail arasında əvvəlki böhranda iki tərəf arasında vasitəçilik edən mühüm amil olub və hələ də bu işi görməyə qadirdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 17 =