Bakıda 53 yaşlı qadın evində yanaraq öldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində Bakı şəhərinin Səbail rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın və Bakı şəhərinin Xətai rayonunda bağlı qapı arxasında 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Qafqazinfo.az