Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda konfrans keçirilib

Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda konfrans keçirilib

Bu gün Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirin açılış mərasimi Azərbaycan Milli Məclisinin Aparat rəhbərinin müavini Rüstəm Mahmudovun nitqi ilə başlayıb. Ardınca, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edib.

Açılış mərasimi QHGT-nin baş katibi Leyla Həsənovanın nitqi ilə yekunlaşıb.

Tədbir panel müzakirələr formatında davam edib. “Müstəmləkəçiliyin mirası və müasir kontekstdə dekolonizasiya siyasəti” mövzusunda keçirilən müzakirədə deputat Tural Gəncəliyev, Meksikanın Azərbaycandakı sabiq səfiri və ADA Universitetinin professoru Juan Rodrigo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Alex Loic Oue Toura və Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Brice Noel Epailly panelist qismində çıxış ediblər.

“Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və post-müstəmləkə cəmiyyətlərinin formalaşdırılmasında gənclərin rolu” mövzusuna həsr olunmuş ikinci müzakirənin panelində Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti parlamentində Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Ilaya Ismael Geuedi, Yeni Kaledoniyanın “Populyar Nəşrlər” Assosiasiyasının prezidenti xanım Brenda Hanthipe Wanabe, Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Thadal, ADA Universitetinin tələbəsi Ignace Urchil Loko Uako Mbouamboua iştirak ediblər.

Tədbir bağlanış mərasimi ilə sona çatıb. QHGT-nin baş katibi Leyla Həsənova bağlanış mərasimində tədbirdə iştirak edən ekspertlər və qonaqlara təşəkkürünü ifadə edib.

09:33

Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbir Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı tərəfindən təşkil olunub.

Konfransın əsas məqsədi bu qlobal problemin həlli üçün platforma yaratmaqdır.

Tədbiri giriş sözü ilə Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin nümayəndəsi Rüstəm Mahmudov açaraq, Azərbaycanın QH-yə sədrlik etdiyi illərdə müstəmləkəçiliklə mübarizə məsələlərinə xeyli diqqət yetirdiyini qeyd edib.

Onun sözlərinə görə, dünyanın bir çox dövlətləri müstəmləkəçilik siyasətindən əziyyət çəkib və XXI əsrdə də bu problem davam edir: “Azərbaycan sədrlik etdiyi 4 il ərzində dekolonizasiya probleminə xüsusi diqqət yetirib. Təəssüf ki, hələ də bir çox ölkələr bu problemdən əziyyət çəkir. Müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərdən biri də Fransadır”.

O, həmçinin Azərbaycanın QH-yə sədrliyi çərçivəsində mühüm təşəbbüslərin həyata keçirildiyini, xüsusilə beynəlxalq konfransların təşkil edildiyini xatırladıb.v

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =