Bakıda sionist agentlik fəaliyyətini dayandırıb

Bakıda sionist agentlik fəaliyyətini dayandırıb

İşğal olunmuş Fələstin ərazilərində gedən müharibə ilə əlaqədar “Sokhnut” Yəhudi Agentliyinin Azərbaycan bölməsi dərslərini qeyri-müəyyən müddətə dayandırıb.

Sionist Təşkilatın verdiyi açıqlamada “İsrailin çətin vəziyyəti və daha geniş qlobal kontekstlə bağlı dərin narahatlıqlar” bu qərarın verilməsində əsas rol oynayır. 

Açıqlamada deyilir: “İsraildə vəziyyətə xüsusi diqqət yetirərək dünyada baş verən ciddi hadisələrdən hamımız xəbərdarıq. Sohnut və bütün təhsil komandamız adından Sizə ofisimizdəki dərsləri müvəqqəti dayandırdığımızı bildirmək istəyirik.”

Müraciətdə Sohnut və tələbələrinin hazırda Azərbaycanda birbaşa təhdidlərlə üzləşmədikləri deyilsə da, agentliyin bağlanılması ərəb turistlərlə əlaqələndirilib.

Qeyd edək ki, “Sokhnut” Yəhudi Agentliyi ötən il Rusiyadan qovulduqdan sonra bu sionist agentlik öz fəaliyyətini Bakıya köçürmüşdür. “Sokhnut”-un Rusiyadan qovulmasının səbəbləri tam dəqiq deyilməsə də, onun fəaliyyəti Rusiya Ədliyyə Nazirliyinin hökmü ilə şübhəli və qanundan kənar hərəkətlərinə görə dayandırılmışdır.

“Sokhnut” Yəhudi Agentliyinin əsas vəzifəsinin həqiqi yəhudiləri müəyyənləşdirərək onları işğal olunmuş Fələstinə köçürmək olduğu deyilir. Bu iddia doğrudursa hal-hazırda işğal olunmuş Fələstinə köçürülərək məskunlaşdırılan yəhudilərin bu əraziləri tərk etmək qərarına gəldikləri bir şəraitdə bu kimi sionist agentliyin fəaliyyəti mənasız görünür. Ancaq deyilənlərə görə  “Sokhnut” Yəhudi Agentliyi digər sionist qurumlar kimi, fəaliyyət göstərdiyi ölkələrdə, yerli yəhudilərə təlimat keçirir, onları sionist İsrail rejiminin agentlərinə çevirir və istənilən ölkə üçün böyük təhlükə mənşəinə çevrilən sionist ordusunu yaradır. “Sokhnut” Yəhudi Agentliyinin Rusiyadan qovulmasının səbəbi də bu olmuşdur.

“Sokhnut” Yəhudi Agentliyinin Azərbaycan şöbəsinin öz fəaliyyətini dayandırması həm də bu reallığı nümayiş etdirmiş olur ki, Fələstin müqavimətinin son əməliyyatları dünyanın hər bir yerində sionistlərin canına vəlvələ vəlvələ salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + eleven =