Baqiri Qrossini qəbul edib

Baqiri Qrossini qəbul edib

“Nüvə Elmi və Texnologiyası” konfransında iştirak etmək üçün İrana səfər etmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini və sanksiyaların ləğvi ilə bağlı danışıqlarda ölkənin baş müzakirəçisi ilə görüşüb.

Rafael Qrossi ilə Əli Baqiri arasındakı görüşdə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın müxtəlif ölçüləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Baqiri İranla agentlik arasında əməkdaşlığın vacibliyinə işarə edərək, ixtisaslaşmış təşkilat kimi agentliyin qərəzsizliyi və peşəkarlığının zəruriliyini vurğulayıb.
Nazir müavini bildirib: “İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyəti həmişə beynəlxalq öhdəliklər, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 7 =