“Barselona”nın qapıçısı komandanı tərk edir
“Barselona”nın qapıçısı Neto karyerasını İtaliyada davam etdirə bilər.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “Napoli”yə keçməyə yaxındır.
İspaniya nəhəngi Neto ilə müqaviləyə xitam vermək niyyətindədir. Bundan yararlanacaq neapollular onu azad agent kimi sıralarına qatmağı planlaşdırır. İtaliya klubu yeni futbolçusu ilə 2 illik anlaşma imzalamaq fikrindədir.
Qeyd edək ki, Neto “Barselona”ya 2019-cu ildə “Valensiya”dan 26 milyon avroya keçib.
Lent.az