Baş nazir: Gürcüstanla Qazaxıstan Avropa və Asiya arasında nəqliyyat baxımından mühüm rol oynaya bilər

Baş nazir: Gürcüstanla Qazaxıstan Avropa və Asiya arasında nəqliyyat baxımından mühüm rol oynaya bilər

Gürcüstan və Qazaxıstan Avropa və Asiya arasında nəqliyyat baxımından mühüm rol oynaya bilər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında bildirib.

Əlixan Smailov qeyd edib ki, Baş nazirlər arasındakı görüş zamanı Transxəzər beynəlxalq nəqliyyat marşrutuna xüsusi diqqət yetirilib.

O, ötən il bu istiqamətdə yük dövriyyəsinin 2 dəfə, konteyner daşımalarının isə 30 faiz artdığını diqqətə çatdırıb. Əlavə edib ki, dəhliz üzrə müsbət dinamika bu gün də davam edir.

“Biz bu istiqamətdə yük dövriyyəsini ortamüddətli perspektivdə 10 milyon tona çatdırmaq niyyətindəyik. Buna nail olmaq üçün tərəflər 2022-2027-ci illərdə dəhlizin inkişafı və sinxron rejimdə maneələrin aradan qaldırılması üzrə birgə təlimatı uğurla icra edirlər”, – deyə Əlixan Smailov bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =