Baş Qərargah: ABŞ Rusiya və Çin sərhədləri yaxınlığında kəşfiyyat uçuşlarını artırıb

Baş Qərargah: ABŞ Rusiya və Çin sərhədləri yaxınlığında kəşfiyyat uçuşlarını artırıb

Vaşinqton Rusiya və Çin sərhədləri yaxınlığında strateji bombardmançı təyyarələrin uçuşlarının sayını xeyli artırıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransı çərçivəsində bildirib.

2023-cü ildə ABŞ kəşfiyyat təyyarələri Rusiya və Çin əraziləri yaxınlığında 77 uçuş həyata keçirib. Ekspertin sözlərinə görə, manevrlərin sayı əvvəlki ilin müvafiq göstəricilərini üstələyir.

“Son iki ildə ABŞ-ın strateji kəşfiyyat aviasiya uçuşlarının intensivliyi 20%-dən çox artıb və ildə 920 uçuş təşkil edir”, – Kostyukov əlavə edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 3 =