Batan gəminin son kömək çağırışı… – Video

Batan gəminin son kömək çağırışı… – Video

19 noyabrda Türkiyədə Qaradəniz Ereğli rayonunda batan “Kafkametler” gəmisinin kapitanın kömək çağırışı etdiyi görüntülər yayılıb.

Görüntülər bölgədəki başqa bir gəmi personalı tərəfindən lentə alınıb.

Batan gəminin kapitanı “İşim bitdi. Mən indi pilləkənlərə söykənirəm. Xilasetməni xahiş edirəm”, deyə radiodan səslənib.

Həmin görüntüləri lentə alan gəmi üzvü isə “Gəmi getdi, o batır” ifadələri ilə gəminin sulara qərq olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində fırtına zamanı yük gəmisi batıb. Həmin gəminin göyərtəsində 12 ekipaj üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − nine =