Bayden: İran ABŞ-la müharibə istəmir
ABŞ Prezidenti Co Bayden husilərin hücumlarının davam edəcəyi təqdirdə onlara qarşı yenidən əməliyyatlar keçiriləcəyini deyib.
Bu sözləri Bayden Pensilvaniyada jurnalistlərin suallarına cavab verərkən bildirib.
O, husilərin terrorçu olduqlarını və İranın onları dəstəkləndiyini vurğulayıb.
Bayden həmçinin Tehran hökumətinin ABŞ-la müharibə etmək istəmədiyini də qeyd edib.