Bayden İsrailin köməyinə gəlir

Bayden İsrailin köməyinə gəlir

ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İranın raket hücumlarına qarşı İsrailə kömək etməyi tapşırıb.

Ağ Ev ABŞ prezidenti Co Baydenin orduya İranın həyata keçirdiyi raket hücumlarını aradan qaldırmaq üçün sionist rejimə dəstək verməsi barədə göstəriş verdiyini açıqlayıb.

Ağ Evdən verilən açıqlamada prezident Bayden və vitse-prezident Kamala Harrisin İsrail və İran arasında artan gərginliyi yaxından izlədikləri bildirilib.

Bayden və Harrisin Ağ Evin Vəziyyət Otağında milli təhlükəsizlik qrupu ilə görüşdüyü və İranın İsrailə qarşı son raket hücumları ilə bağlı hadisələri anında izlədikləri ifadə edilib.

“Prezident Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı İsrailə özünü müdafiə etməyə və İsraili hədəf alan raketləri zərərsizləşdirməyə kömək etməyi tapşırıb”, – bəyanatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 5 =