Bayden Netanyahunu Qəzzanın cənubundakı əməliyyatın aktivliyinin azaldılmasına çağırıb

Bayden Netanyahunu Qəzzanın cənubundakı əməliyyatın aktivliyinin azaldılmasına çağırıb

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya deyib ki, İsrailin Qəzza zolağının cənubundakı əməliyyatının mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb ola biləcəyindən və anklavda humanitar böhranı dərinləşdirə biləcəyindən narahatdır.

Trend-in məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, C.Bayden B.Netanyahuya bildirib ki, İsrailin Qəzzanın şimalındakı istifadə etdiyi üsulları, xüsusilə üç zirehli və piyada diviziyasının genişmiqyaslı hücumu, cənub anklavında təkrarlana bilməz. ABŞ prezidenti qeyd edib ki, hazırda orada milyonlarla fələstinli qalır.

C.Bayden həmçinin İsrailin baş nazirinə deyib ki, Vaşinqton İsrailin Qəzzanın cənub hissəsində hər hansı əməliyyat planlarını ABŞ ilə ətraflı müzakirə etməsini istəyir. Mənbələrdən biri bildirib ki, Netanyahu bu təkliflə razılaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 20 =