Bayden Novruz bayramı bəyanatında iranlı qadınların mübarizəsi və Fələstindən danışıb

Bayden Novruz bayramı bəyanatında iranlı qadınların mübarizəsi və Fələstindən danışıb

Co Bayden Novruz mesajında müdaxilə xarakterli bəyanatla iranlı qadınları dəstəklədiyini iddia edib.

Bayden Novruzla bağlı təbrik mesajında deyib: “Jill və mən bu bayramı qeyd edənləri Novruzun gəlişi münasibətilə təbrik edirik.”

Bayden Novruzu “düşünmək, yenilənmə və yenidən dünyaya gəlmək üçün fürsət” adlandırıb. Halbuki, ABŞ uzun illərdir İran xalqına qarşı ən ağır sanksiyaları tətbiq edib.

Co Bayden Novruz mesajının bir hissəsində iddia edib: “Bu il Novruz çoxları üçün çətin şəraitdə gəlib. Ümidin hər zamankindən daha çox lazım olduğu bir vaxtda, Amerika öz azadlıqları üçün mübarizə aparan şücaətli İran qadınlarının yanında olmağa davam edir. Biz tərəfdaşlarımızla birlikdə İran məmurlarını əsas insan haqlarını inkar etdiyinə görə məsuliyyətə cəlb edəcəyik.”

Vaşinqtonun Qəzza müharibəsində sionist rejimin silahla təmin edən əsas dəstəkçisi olduğu bir halda, Amerika prezidenti Qəzza xalqına dəstək ifadə edib.

ABŞ azadlıqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləyəcək, fundamental insan haqlarını pozan iranlı məmurları isə məsuliyyətə cəlb edəcək. Vaşinqton Qəzza zolağına humanitar yardımın artırılmasına səy göstərəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə verdiyi bəyanatda bildirilib.

“Bu il Novruz çoxları üçün çətin bir vaxtda – … ümidə hər zamankından daha çox ehtiyac duyulan bir vaxtda gəlir. ABŞ öz azadlıqları uğrunda mübarizə aparan İranın cəsur qadınlarının yanında olmağa davam edəcək. Tərəfdaşlarımızla birlikdə İran məmurlarını fundamental insan haqlarını pozduqlarına görə məsuliyyətə cəlb edəcəyik. Qəzzadakı müharibə də Fələstin xalqına dəhşətli əzablar verib və biz onları təcili ehtiyac duyulan qida, su, dərman və çadır da daxil olmaqla, daha çox humanitar yardımla təmin etmək üçün beynəlxalq səylərə başçılıq etməyə davam edəcəyik”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + sixteen =