Bayden Qəzzada dərhal atəşkəsə çağırıb

Bayden Qəzzada dərhal atəşkəsə çağırıb

  ABŞ prezidenti Amerika Qəzzada humanitar böhranın şiddətləndiyi üçün döyüşləri dayandırmaq və dərhal atəşkəs rejiminin bərpasını vurğulayıb.

İRNA verdiyi məlumata görə, Co Bayden dünən (19 may) deyib: Mən zorakılıqdan uzaq dinc etirazı dəstəkləyirəm. Qəzzadakı qarşıdurma səhnələri mənim də ürəyimi parçalayır, tələbələrin etiraz səsi eşidilməlidir və əmin olun ki, mən bu səsi eşidirəm.

Qeyed edək ki, BMT mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Fəridə Şəhid bundan əvvəl Amerika universitetlərində etiraz aksiyası keçirən tələbələrə hücum və onların repressiyaya məruz qalması azadlıqlara qarşı narahatlıq doğuran məhdudiyyətlərin artmasının göstəricisi olduğundan xəbər verərək demişdi ki, biz nümayişçilərin siyasi mövqeləri ilə mütənasib olmayan davranışlardan narahatıq. Dinc tələbə nümayişlərinin zorakılıqla yatırılması və polis vəhşiliyi və tələbələrin həbsi çox narahatedicidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − eight =