Bayden Vyetnama səfər edəcəyini açıqlayıb

Bayden Vyetnama səfər edəcəyini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden yaxın gələcəkdə Vyetnama səfər etmək niyyətində olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Baydenin sözlərinə görə, o, tezliklə Vyetnama gedəcək, çünki bu ölkənin rəhbərliyi ABŞ ilə münasibətləri dəyişmək və Vaşinqtonla tərəfdaş olmaq istəyir.

Bayden bunu Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirilən kampaniyada ianə toplama mərasimində çıxışı zamanı bildirib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − two =