Bayden xəstə Ostini istefaya göndərəcəkmi?
ABŞ Prezidenti Co Bayden ABŞ müdafiə naziri Lloyd Ostinin istefaya getməsini istəmir.
Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi brifinqdə Baydenin Ostinin səhhətində yaranan problemlər zamanı vəzifələrini yerinə yetirə bilməməsindən narahat olmadığını da vurğulayıb.
Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin sidik kisəsində yaranan problemlərə görə yenidən xəstəxanaya yerləşdirilib. Pentaqon rəhbərinin səlahiyyətlərini müavini Ketlin Hiks həyata keçirir.