Bayden Yəmən haqqında nə qərar verəcək?
Amerika mediaları ölkə rəsmilərinə istinadən Bayden dövlətinin Qəzzəyə dəstək verdiyi üçün Yəmən Ənsarullah Hərəkatını qara siyahıya saldığından xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Politico portalı Bayden dövlətinin Ənsarullahı terrorçular siyahısına saldığını iddia edib.
Məlumata görə bunun səbəbi son zamnalar Yəmən Ənsarullah Hərəkatının Qırmızı dənizdə sionist rejim məqsədli gəmilərinə hücumlarıdır.
Assosiated Press və Financial Times də buna bənzər məlumat dərc edərək İsrail məqsədli gəmilərə hücumların terror olduğunu iddia ediblər.
Xatırladaq ki, Yəmən Ənsarullah Hərəkatı 2015-ci ildən Riyaza asılı dövlətdən ayrılaraq siyasi Milli Nicat qrupları yaradaraq 8 il Ərəbistan koalisiyası ilə müqavimət əməliyyatları həyata keçirib. Riyaz isə iddialı olmasına baxmayaraq bu hərəkatı məhv edə bilməyib.