Baydenin ölkədəki reytinqi pis nəticə verib

Baydenin ölkədəki reytinqi pis nəticə verib

Co Baydenin ABŞ prezidenti kimi fəaliyyət göstərdiyi üçüncü il ərzində işini bəyənmə reytinqi orta hesabla 39,8% təşkil edib. Bu hesablamalar sorğu keçirən “Gallup” xidməti tərəfindən təqdim olunub və qeyd edilib ki, bu nəticə İkinci Dünya müharibəsindən sonra bütün ABŞ liderləri arasında ən pis nəticələrdən biridir.

Dərc edilmiş məlumatlara görə, respondentlərin orta hesabla yalnız 39,8%-i Baydenin 2023-cü il yanvarın 20-dən bu il yanvarın 19-na qədər olan iş performansını bəyənib. Baydenin prezident kimi ilk ilində bu göstərici 48,9%, ikinci ildə 41,0% olub.

Qeyd edək ki, Baydenin andiçmə mərasimi 20 yanvar 2021-ci ildə baş tutub. ABŞ prezidentləri dördillik müddətə seçilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =