Belarusdakı nüvə silahları Polşa ilə sərhədə yaxın yerləşdiriləcək

Belarusdakı nüvə silahları Polşa ilə sərhədə yaxın yerləşdiriləcək

“Belarusdakı nüvə silahları Polşa ilə sərhəd yaxınlığında yerləşdiriləcək”.

“Report” “Belta”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

Onun sözlərinə görə, iyulun 1-dək Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün anbar hazırlanacaq.

“O, bizim Birlik Dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq. Bu, Avropa və ABŞ-dakı səs-küyə baxmayaraq həyata keçiriləcək”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =