Belçika XİN başçısı Ermənistan və Azərbaycana səfər edəcək

Belçika XİN başçısı Ermənistan və Azərbaycana səfər edəcək

Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana gedəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər avqustun 22-də baş tutacaq.

Səfər çərçivəsində Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. O, həmçinin İrəvanda digər yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + nineteen =