Belçikanın xarici işlər naziri isveçli azarkeşlərin qətlini terror aktı adlandırıb

Belçikanın xarici işlər naziri isveçli azarkeşlərin qətlini terror aktı adlandırıb

Belçikanın xarici işlər naziri Aja Labib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb.

Bu barədə nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Brüsselin tam mərkəzində iki nəfərin ölümü ilə nəticələnən terror aktı məni dəhşətə gətirir. Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir”, – deyə o bildirib.

“Sudinfo” portalının xəbərinə görə, Brüsseldə atışmanı həyata keçirən şəxs İŞİD terror qruplaşmasının üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =