Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru: İranla nəzərdə tutulan iş birliyi əldə etdik

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru: İranla nəzərdə tutulan iş birliyi əldə etdik

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru İranla son razılaşmaya toxunaraq verdiyi bir müsahibəsində dedi: “İndi İranla lazımlı səviyyədə iş birliyi əldə etdik. ”

BAEA-nın Baş direktoru Rafael Grossi, BBC-nin “Sərt Danışıq” (Hard Talk) proqramına verdiyi müsahibədə qurumun nəzərdə tutduğu iki yeri təftiş etmək üçün İranla razılaşmasına toxunub.”

İrana səfəri barədə də dedi: “Bizi sevgi ilə qarşıladılar. Prezident Ruhani, Xarici İşlər naziri Zərif və başqaları ilə orada danışdım. Razılığa gələ bildik.”

Grossi də müsahibədə Sionistlərdən iki yer haqqında məlumat aldıqlarını təsdiq edə bilməyəcəyini söylədi.

Beynəlxalq Atom Enerjisi Agentliyi və İran İslam Respublikası, 16 yanvar 2006-cı ildən bəri İran tərəfindən müvəqqəti olaraq tətbiq olunan Qarşılıqlı həmkarlıq sazişi və Əlavə Protokolun tam icrasını asanlaşdırmaq üçün işbirliyini daha da gücləndirməyə və qarşılıqlı etimad qurmağa razı oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =