Beynəlxalq Əfv Təşkilatı: ABŞ-ın son vetosu müdafiə olunmazdır

Beynəlxalq Əfv Təşkilatı: ABŞ-ın son vetosu müdafiə olunmazdır

İnsan hüquqlarının müdafiəsi beynəlxalq təşkilatı Qəzzədə dərhal atəşkəs rejiminin bərqərarı haqda BMT-nin qətnaməsini veto etməsinin etik baxımdan düzgün olmaması ilə bərabər müdafiəolunmaz bir qərar olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Beynəlxalq Əfv Təşkilatının baş katibi Agens Kalamard bu gün (9 dekabr) bəyanat yayımlayaraq elan edib ki, bu veto vasitəsilə Amerika dinc insanların əzab-əziyyətlərinə necə etinasız olduğunu və daşqəlbliliyini nümayiş etdirdi.

A.Kalamard həmçinin deyib: ABŞ bu veto hüququ ilə həyasızcasına hərbi məqsəd üçün istifadə etdi və beynəlxalq aləmdə təhlükəsizlik və sülh tərəfdarı olmaq potensialını zəiflədərək etibarsızlaşdı.

Kalamard BƏF portalında yayımladığı bəyanatda həmçinin bu vetonun etik baxımdan müdafiəedilməz olduğunu da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =