Bir əsgər və 2 sionist mühacir yaralanıb

Bir əsgər və 2 sionist mühacir yaralanıb

Dahişə düşərgəsində bu gün baş verən qarşıdurmalarda bir sionist əsgər, Qəlqəliyyənin şərqində isə 2 sionist mühacir yaralanıb.

Mehr xəbər agentliyinin Fələstin Əl-Yəvm-ə istinadən verdiyi xəbərə görə, ibranidilli media sionist hərbçilərin Beyt-Ləhmdəki Dahişə düşərgəsinə bugünkü hücumu zamanı bir sionist əsgərin yaralandığını etiraf edib.

Fələstinli gənclər Dehişə düşərgəsində molotof kokteyli ataraq sionist əsgərlərin maşınlarından birini yandırmağa nail olublar.

Bu hücum zamanı sionist ordusunun əsgərləri fələstinli gənclərdən birini vuraraq yaralayıblar və sionistlərin gözyaşardıcı qaz mərmilərindən istifadə etməsi nəticəsində onlarla fələstinli də təngnəfəsliyə düçar olub.

İordan çayının qərb sahilində Qəlqəliyyənin şərqində yerləşən Əzzun qəsəbəsində fələstinlilər sionist mühacirlər daşıyan maşına daş ataraq 2 sionistin yaralanmasına nail olublar.

Bu qəsəbə dəfələrlə fələstinli gənclərlə sionist əsgərlər və mühacirlər arasında münaqişənin şahidi olub və bu bölgədə sionistləri daşıyan maşınlar dəfələrlə fələstinli gənclərin hədəfinə çevrilib.

Digər tərəfdən, fələstinli mənbələr Nablusun şimal-qərbində yerləşən Səbəstiyyənin fələstinli gənclərlə sionist işğalçı ordunun əsgərləri arasında qarşıdurmanın şahidi olduğunu bildiriblər. Bu qarşıdurmada itkilər barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =