Bir gecədə Amerika bazalarına dördüncü dəfə hücum edilib

Bir gecədə Amerika bazalarına dördüncü dəfə hücum edilib

Müqavimət qüvvələri Suriyanın şərqində Əl-Ömər neft yatağı yaxınlığındakı ABŞ hərbi bazasını hədəfə alıb ki, bu da bir gecədə Vaşinqton elementlərinə qarşı dördüncü hücumdur.

Ömər neft yatağı yaxınlığındakı Əl-Xəzra kəndindəki Amerika hərbi bazasına hücum edilib. Bu qərargah Suriyanın şərqindəki Deyrəz-Zor əyalətində yerləşir.

Bəzi xəbər mənbələri bu bazanın içərisindən bir neçə partlayış səsinin eşidildiyini bildirir. Bu partlayışların səbəbinin raket hücumu, yoxsa dron hücumu olduğu hələlik məlum deyil.

Xəbər mənbələri bir saat əvvəl İraqın qərbindəki Eynul-Əsəd bazasının pilotsuz təyyarə ilə hədəfə alındığını bildirib. Bu baza Amerika əsgərlərinin yerləşdiyi yerdir.

İraq İslami Müqaviməti bu hücumun məsuliyyətini öz üzərinə götürərkən bəyanat yayaraq, Amerika işğalçılarının mövqelərinə qarşı hücumlarını davam etdirəcəyini vurğulayıb.

Bir saat əvvəl “Əl-Məyadin” xəbər kanalı Suriyanın şərqindəki “Koniko” qaz yatağındakı ABŞ hərbi bazasının raket hücumu ilə hədəfə alındığını bildirib.

İraq müqaviməti həmçinin vurğulayıb ki, Amerika işğalçılarına qarşı müqavimətin davamında və sionist rejimin cinayətlərinə cavab olaraq Koniko yatağındakı Amerika bazası raket hücumu ilə hədəfə alınıb.

Müqavimət qüvvələri Əl-Həsəkə vilayətində (Suriyanın şimal-şərqində) yerləşən “Xərba Ədnan” kəndindəki Amerika hərbi bazasını da pilotsuz təyyarə ilə hədəfə alıb.

İraq xəbər mənbələri ötən həftənin şənbə günü bildirmişdilər ki, Eynul-Əsəd bazası ətrafındakı ərazilər raket hücumuna məruz qalıb.

İraqlı mənbələr sözügedən hücumun müqavimət qruplarının Amerika bazasına etdiyi ən böyük hücum olduğunu vurğulayır. Bəzi mənbələr atılan raketlərin sayının 20 olduğunu açıqlayıb.

Müqavimət qrupları Amerikanın Qəzza müharibəsinin davam etdirilməsinə verdiyi dəstəyə cavab olaraq hələ də Amerikanın bölgədəki işğalının bazalarını hədəfə alır və ABŞ-ın İraq və bölgədən tamamilə çıxarılmasına qədər bu hücumları mütləq davam etdirəcəklərini vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + ten =