Bir ildən az müddətdə 880 fələstinli uşaq həbs edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Əsirlərin İşləri Komitəsi və Fələstinli Məhbuslar Klubu bazar ertəsi verdiyi bəyanatda bildiriblər: İsrail işğalçı qüvvələri bu ilin əvvəlindən 880 uşağı həbs edib.
Bazar ertəsi İRNA-nın Vəfa xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əsirlərin İşləri Üzrə Komitəvə Fələstin Məhbuslar Klubu əlavə edib ki, bu həbslərdən 145-i oktyabr ayı ərzində həbs edilib.
Bu bəyanatda deyilir: Qəzzada davam edən soyqırımla yanaşı, işğalçı İsrail rejimi İordan çayının qərb sahilində fələstinli uşaqları həbs etməyə davam edir.
Bu həbslər Fələstinli uşaqları və nəsilləri hədəf alan ən nəzərəçarpan və sistemli siyasətlərdən biridir.
Son 44 gündə Qəzzada 5500-dən çox günahsız fələstinli uşaq şəhid olduğu bir vaxtda 20 noyabr Uşaqların Beynəlxalq Müdafiəsi Günü gəlib çatdı.
Qəzzə uşaqları qeyri-insani şəraitdə və daimi qorxu içində yaşayırlar və dünyanın vahid etirazına baxmayaraq, sionist rejim uşaqları qətlə yetirməkdə davam edir.