Bir neçə saat ərzində Eynul-Əsəd bazasına ikinci hücum

Bir neçə saat ərzində Eynul-Əsəd bazasına ikinci hücum

Bazar ertəsi gecə media mənbələri bir neçə saat ərzində İraqın Əl-Ənbar əyalətindəki Eynul-Əsəd ABŞ bazasına ikinci hücumun edildiyini açıqlayıb.

İRNA-nın bazar ertəsi verdiyi məlumata görə, Əl-Məyadin xəbər kanalı Eynul-Əsəd bazasına son bir neçə saat ərzində ikinci dəfə hücum edildiyini bildirib.

Bu mənbələr bu baza daxilində bir neçə güclü partlayışın baş verdiyini deyib. Hücumlar və partlayışlar nəticəsində ölənlər və mümkün dağıntılar barədə hələlik məlumat yoxdur.

Son bir neçə gündə Amerikanın İraq və Suriyadakı hərbi bazaları İraq İslam Müqavimətinin pilotsuz təyyarələri və raket hücumlarının hədəfinə çevrilib.

İsrail rejiminin Qəzzə başda olmaqla məzlum Fələstin xalqına qarşı cinayətləri və vəhşi hücumları və Vaşinqtonun bu hücumlara dəstək verməsinin ardınca İraqın İslami müqaviməti Amerikaya bu ölkənin bölgədəki bazalarını hədəf alacağı barədə xəbərdarlıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =