Birləşmiş Millətlər Təşkilatı: Qəzza ciddi su və qida çatışmazlığından əziyyət çəkir
Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı Qəzza zolağının ciddi su və qida çatışmazlığından əziyyət çəkdiyi barədə xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı xəbərdarlıq edib ki, Qəzza zolağı 100 gündən artıqdır ki, ciddi su və qida çatışmazlığından əziyyət çəkir.
BMT-nin hesabatına görə, Qəzzada su təmizləyici qurğular yanacaq tükəndiyi üçün fəaliyyətini dayandırıb və müharibənin davam etməsi bu zolaqda həyatı son dərəcə çətinləşdirib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və Məşğulluq üzrə Agentliyinə maliyyə yardımının dayandırılması kontekstində ABŞ, Avstraliya və Kanadanın hərəkətindən sonra bu gün bəzi Avropa ölkələrinin liderlərinin də bu anti-Fələstin koalisiyasına qoşulduğu bildirilib.
Altı Avropa ölkəsi, Birləşmiş Millətlər Təşkilatının Fələstinli qaçqınlar üçün bu agentliyinə maliyyə yardımı verməyi dayandırıb.
İngiltərə, Almaniya, İtaliya, Hollandiya, İsveçrə və Finlandiya BMT-nin bu agentliyinə maliyyə yardımını dayandırmaq üçün ABŞ, Avstraliya və Kanadaya qoşulub.
Bu arada bu təşkilatın yardımı indiki vəziyyətdə Qəzza xalqına dəstək olmaq üçün ən mühüm həyati resurslardan biri hesab olunur.
Sionist rejimin xarici işlər naziri İsrail Katz da Qərb ölkələrini maliyyə yardımlarının böyük hissəsini dayandırmağa təşviq edib və UNRWA-nın yerinə başqa bir qurumun yaradılmasını tələb edib.
Lakin onun iddiaları Birləşmiş Millətlər Təşkilatının sözçüsü müavininin ciddi reaksiyası ilə müşayiət olunub.
Fərhan Haqq öz açıqlamalarında İsrailin ritorikasına cavab verməyəcəyini bildirib. O deyib: “UNRWA çox güclü təcrübəyə malikdir və biz onun gördüyü tədbirləri dəfələrlə vurğulamışıq.”