Blinken bir daha ABŞ-ın İsrailə qəti dəstəyini vurğuladı

Blinken bir daha ABŞ-ın İsrailə qəti dəstəyini vurğuladı

ABŞ dövlət katibi sionist rejim rəsmiləri ilə görüşündə Vaşinqtonun Tel Əvivə qəti dəstəyini bir daha vurğulayaraq sionist girovların azad olunmması üçün əlindən gələni əsirgəməyəcəyini xatırladıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Antoni Blinken İsrail baş naziri Binyamin Netanyahu ilə görüşündə Əl Əqsa Tufanı əməliyyatı ilə başlanan 7 oktyabr Qəzzə müharibəsinin başda Livan olmaqla bütün Qərbi Asiyaya yayılmasına mane olmaq üçün cəhd göstərilməsini istəyib.

Netanyahu, Beni Qants, İsrail Qats və Yoav Qalantın da iştirak etdiyi bu görüşdə Blinken Qəzzə müharibəsinin tələfatının azalması, humanitar yardımların qəzzəlilərə çatdırılmasını da vurğulayıb.

Bağlı qapı arxasında keçirilə görüşdən sonra bəyanat yayan rəsmilər deyib: Blinken Fələstin dövlətinin qurulması ilə İsrail və region üçün davamlı sülh istədiyini iddia edib.

Bundan əvvəl Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də ABŞ dövlətinin bu səbəbdən Qəzzə müharibəsinin bitməsini istədiyini iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 13 =