Blinken İshaq Herzoqa zəng etdi

Blinken İshaq Herzoqa zəng etdi

ABŞ dövlət katibi İsrail rejiminin başçısına zəng edərək Tel Əvivin Qəzzədə törətdikləri cinayətlərinə dəstək verərək əsir götürülmüş sionistlərin azadlığı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün səhər Antoni Blinken (11 oktyabr) telefon söhbətində Əl Əqsa Tufanı əməliyyatında minlərlə sionistin fələstinlilər tərəfindən tutulmasından narahat olduğunu bildirərək Amerikanın müttəfiqləri ilə birlikdə bu məsələnin həll ediləcəyini vurğulayıb.

Məlumatda ABŞ təyyarədaşıyan gəmilərinin Aralıq dənizinə daxil olması və işğal olunmuş Fələstinə hərbi sursatın daşınacağı deyilir.

Qeyd edək ki, sionist mənbələr 7 oktyabrda başlanan Əl Əqsa Tufanı əməliyyatında 1200 sionistin həlak olduğu, 2500-dən çox yaralandığını və bu statistikanın anbaan artdığından xəbər verirlər. Qüds işğalçısı rejimin nazirlər kabineti Qəzzə zolağına hücum barədə fərmanından sonra 900 fələstinli şəhid olub. Onların 260-ı uşaq və 230 -u isə qadındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =