Blinken: İsrail-ərəb münasibətlərinin normallaşması üçün Qəzzada münaqişə sona çatmalıdır

Blinken: İsrail-ərəb münasibətlərinin normallaşması üçün Qəzzada münaqişə sona çatmalıdır

ABŞ Dövlət katibi Antoni Blinken bəyan edib ki, İsrail-ərəb münasibətlərinin normallaşması Qəzzada münaqişəyə son qoyulması və Fələstin dövlətinin qurulması üçün əlverişli yol tələb edir.

“ABC News” xəbər verir ki, Blinken Yaxın Şərq səfəri çərçivəsində İsrailə getməzdən əvvəl hava limanında açıqlamalar verib.

Yaxın Şərq səfərinə işarə edən Blinkenin sözlərinə görə, görüşlərdə məqsədi Qəzzanın sabitləşməsinə və canlandırılmasına kömək etməkdir.

ABŞ Dövlət katibi Türkiyə və Yunanıstandan sonra regional turu çərçivəsində BƏƏ, İordaniya və Qətərə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 3 =