Blinken: Müstəqil Fələstin hökumətinin formalaşmasına ehtiyac var
Səudiyyə Ərəbistanında olan ABŞ dövlət katibi Səudiyyə vəliəhdi ilə görüşdən sonra müstəqil Fələstin hökumətinin qurulmasını vurğulayıb.Səudiyyə Ərəbistanında olan ABŞ dövlət katibi Entoni Blinken regional səfəri zamanı işğal altındakı Fələstinə səfər etdiyini və Qəzzaya hərbi hücumun gələcəyi ilə bağlı İsrail rəsmiləri ilə danışdığını bildirib.
ABŞ xarici işlər naziri Livan sərhədindəki münaqişələrə də toxunub və deyib: Münaqişələrin genişlənməsi nə İsrailin, nə də Livanın marağında deyil.