Blinken: “Putin amansız işğalçı müharibəsini davam etdirir”

Blinken: “Putin amansız işğalçı müharibəsini davam etdirir”

Konqres Ukraynaya yardımla bağlı hərəkətə keçməlidir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbələri ilə bağlı “X” hesabında bildirib.

Ölkəsinin Rusiyanın bu gün Ukraynaya dəhşətli zərbələrini kəskin şəkildə pislədiyini vurğulayan dövlət katibi Ukraynaya yardımın davam etdirilməli olduğunu vurğulayıb:

“Putin amansız işğalçı müharibəsini davam etdirdiyi üçün biz Ukraynanın özünü müdafiə etməsinə dəstək verməliyik. Konqres yeni ildə hərəkətə keçməlidir”, – deyə Blinken qeyd edib.

Xatırladaq ki bu gün səhər saatlarında Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə raket və dron hücumları nəticəsində öldürlən ukraynalıların sayı 26-ya yüksəlib, 120-yə yaxın şəxs yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 2 =