Blinken Qəzzada vəziyyətinin pisləşdiyini etiraf edib
ABŞ dövlət katibi Vaşinqtonun Fələstin soyqırımının davam etdirilməsinə açıq dəstəyinə toxunmadan deyib:” Qəzza əhalisinin vəziyyəti hələ də ağırdır.”
Anadolu xəbər agentliyinin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken sosial şəbəkədə videomüraciət yayıb və Qəzzada kişi, qadın və uşaqların vəziyyətinin pisləşdiyini etiraf edib.
Qəzza böhranını bölgədəki tərəfdaşları ilə müzakirə etmək üçün Qərbi Asiyaya səfər etdiyini iddia edən ABŞ dövlət katibi Vaşinqtonun Fələstin soyqırımının davam etdirilməsinə açıq şəkildə dəstəyini qeyd etmədən deyib: Bunlar asan söhbətlər deyil. Ancaq Qəzzanın gələcəyi, İsrail və Fələstinlilərin gələcəyi üçün bu diplomatiyanı indi də davam etdirməliyik.