Blinken: Rəfəhə hücum İsraili təhlükəyə atacaq

Blinken: Rəfəhə hücum İsraili təhlükəyə atacaq

ABŞ dövlət katibi sionist rejimin Rəfəhə hücumunun pis nəticə verəcəyinə işarə edərək ölkəsinin Qəzzədə atəşkəs üçün  Dohada keçirilən müzakirələrə ciddi yanaşdığını və fikir ayrılığında irəliləyiş olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən,  Antoni Blinken işğal olunmuş Fələstinə səfər çərçivəsində deyib: Rəfəhə geniş hərbi əməliyyatlar İsraili təhlükəyə atdığı üçün bu barədə Tel Əviv rəsmiləri ilə gələn həftə danışıqlarımız olacaq.

Tel Əvivi tərk etmədən öncə Blinken bir daha İsrailin Rəfəhə hücumları sayəsində onları dünya ictimaiyyətindən inzivaya düçür edəcəyini də bildirib və Qəzzəyə humanitar yardımların çatdırılmasında sionist rejimi təqsirləndirib.

Qeyd edək ki, baş nazir Benyamin Netanyahu Amerikanın dəstəyi olmadan da Rəfəhə hücumun qəti olduğunu dəfələrlə elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 2 =